"Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo "Legacy" ətir brendinin 10 illiyini qeyd etmək üçün yayımladığı video ilə pərəstişkarlarını qəzəbləndirib.
Publika.az xəbər verir ki, videoda portuqaliyalı karyerasının bütün mərhələlərini xatırlasa da, “Mançester Yunayted” və “Yuventus” haqda heç nə olmayıb.
O, uşaqlığını, “Sportinq”dəki ilk matçlarını, “Real”daki uğurlarını, Portuqaliya millisi ilə Avro-2016-dakı qələbəsini və “Əl-Nəsr”dəki uğurlarını xatırlayıb. Lakin titul qazandığı İtaliya və İngiltərə klublarına məhəl qoyulmayıb.
Azarkeşlər bu məqamı nəzərdən qaçırmayıblar.