AZ

“Yuventus”un azarkeşlərinin baş məşqçi tələbi

“Yuventus”un azarkeşləri Antonio Kontenin qayıtmasını istəyirlər.

Msport.az xəbər verir ki, bununla bağlı fanatlar sorğuda iştirak ediblər.

Səsverməyə qatılanların 50%-dən çoxu “Napoli”nin hazırkı çalışdırıcısı Kontenin adını çəkib. 55 yaşlı mütəxəssis 2011-2014-ci illərdə “Yuve”yə rəhbərlik edib və komandaya ardıcıl üç mövsüm A Seriyasında çempionluğu qazandırıb.

Sorğuya qatılanların 25%-i “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperiniyə, 10%-i isə hazırda işsiz olan Roberto Mançiniyə səs verib.

Qeyd edək ki, 2020-ci ildən sonra İtaliya çempionu ola bilməyən “Yuventus”u bu mövsümdən Tyaqo Motta çalışdırır və hazırda komanda lider “İnter”dən 9 xal geri qalaraq 4-cü pillədə qərarlaşıb.

Seçilən
104
msport.az

1Mənbələr