Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 5-8-ci yerlər uğrunda matçda Paraqvayla qarşılaşıb.
Görüş rəqibin 34:22 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi B qrupunu sonuncu sırada vaşa vurub. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.