Azərbaycanlı futbolçu Renat Dadaşov şərəfini qoruduğu "Radomyak"ın heyətində Polşa çempionatında keçirdiyi 3-cü oyun haqqında fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumçu dünən "Lexiya"ya qarşı keçirdiyi matç (2:1) barədə təəssüratlarını öz sosial hesabında bölüşüb.

"Əla ab-havaya görə bütün azarkeşlərə minnətdaram. İndi milli komandanın oyunlarına diqqəti cəmləmək lazımdır. Daha sonra yenə birlikdə olacağıq", - deyə futbolçu qeyd edib.

R.Dadaşov ötən ay transfer olduğu "Radomyak"da 3 oyuna 2 qol vurub. Onun keçidindən sonra Radom şəhərinin təmsilçisi Polşa çempionatında uduzmayıb: 2 qələbə, 1 heç-heçə.