Ermənistanın baş naziri Nikol Paşinyan İrəvana gələn türkiyəli jurnalistlərə deyib:
"Uzaq ölkələrin parlamentləri “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarlar qəbul edərkən, ermənilər ruhlanır, sevinir: “Lakin növbəti anda sual yaranır: bu qərar real dünyada Ermənistana nə verir?
Bundan sonra gərginlik yarandıqda, bu, regionumuzda sülh və sabitliyə nə dərəcədə kömək edir? Sual yaranır ki, biz Ermənistanın dövlət maraqlarını necə və harada cəmləşdirməliyik"
"Rəsmi mövqeyimiz ondan ibarətdir ki, "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil. Amma bu kontekstdə həmişə haqqında danışdığım məsələlər var - Ermənistanda və ermənilər arasında bu, şübhəsiz bir həqiqətdir, bizim reallıqda bunu nə inkar etmək, nə də unutmaq mümkün deyil"
Qeyd edək ki, 2024-cü ilin aprelində Paşinyan “böyük qırğın” kimi tərcümə olunan “meds eghern” ifadəsini də istifadə edən Ermənistanın ilk lideri oldu. Bu termin əsasən "erməni soyqırımı"nı tanımayan ölkələrin mesajlarında istifadə olunur.
visiontv.az