AZ

Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq

Astana, 15 mart, AZƏRTAC

Nəqliyyat məsələləri təkcə bizim deyil, Qazaxıstan və bütün regionun maraqları baxımından prioritet olaraq qalır, çünki ticarət və bazarlara çıxış inkişafın və əhalimiz üçün daha yaxşı şərait yaradılmasının açarıdır.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı Yozef Sikela bildirib.

Onun sözlərinə görə, nəqliyyat sahəsində məqsəd Trans-Xəzər dəhlizi ilə Asiyadan Avropaya yüklərin daşınması müddətini 15 günə endirməkdir ki, bu da regionun iqtisadi-ticari inkişafı üçün mühüm amilə çevriləcək.

Sikela əlavə edib: “Bu, həm də texnologiya sahəsində təcrübə mübadiləsinə və yüksək keyfiyyətli iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Biz artıq nəqliyyat infrastrukturunu dəstəkləmək üçün Avropa İnvestisiya Bankı ilə 200 milyon avroluq kredit sazişi imzalamışıq”.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
50
azertag.az

1Mənbələr