AZ

Qan şəkəri səviyyəsinin enməsinə qarşı hansı qidaları qəbul etməli?

Qan şəkəri səviyyəsinin enməsinə qarşı

Ramazan ayında uzun müddət ac qalmaq qan şəkərində dalğalanmalara səbəb ola bilər. Xüsusilə iftardan sonra qan şəkərinin sürətlə yüksəlməsi və ardından ani enişi yorğunluq, halsızlıq və diqqət dağınıqlığı yarada bilər. Bu prosesin qarşısını almaq üçün aşağı glisemik indeksli qidalar istehlak edilməlidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qlisemik indeks bir qidanın qan şəkərini nə qədər tez yüksəltdiyini göstərən əhəmiyyətli göstəricidir. Yüksək qlisemik indeksli qidalar tez həzm olunur və qısa müddət sonra aclıq hissini artırır. Bunun əksinə olaraq, aşağı qlisemik indeksli qidalar enerjinin daha uzun müddət davam etməsinə kömək edir.

Kompleks karbohidratlar Ramazan ayında qan şəkərinin stabilləşməsində mühüm rol oynayır. Bulqur, tam taxıllar və paxlalılar uzun müddət toxluq hissi yaradır və həzm sağlamlığına müsbət təsir edir. Xüsusilə bulqur prebiyotik təsirə malikdir və bağırsaq florasını qoruyaraq həzmi asanlaşdırır.

Vitamin və minerallarla zəngin qidalar gün boyu enerjini qorumaq üçün vacibdir. B1, B6 vitaminləri, fol turşusu və maqnezium kimi minerallar yorğunluq hissini azaltmağa kömək edir. Toyuq, paxlalılar və qatıq da bu dövrdə enerji səviyyəsini qorumağa kömək edən qidalardandır.

İftar və imsak zamanı balanslı qidalanma qan şəkərinin sabit qalmasına kömək edə bilər. İftarda şorba ilə başlamaq və yeməkləri tədricən istehlak etmək həzm sisteminə müsbət təsir göstərir. Süfrəyə mütləq protein, lif və sağlam yağlar əlavə edilməlidir.

Bol su içmək Ramazan ayında xüsusilə vacibdir. Susuzluq qan şəkərinin balanssız olmasına və enerjinin azalmasına səbəb ola bilər. İmsakda və iftardan sonra bədənin maye ehtiyacını ödəmək üçün kifayət qədər su qəbul edilməlidir.

Ramazan ayında qan şəkərini idarə etmək üçün qidalanma planı diqqətlə qurulmalıdır. Doğru qidalar seçildikdə həm sağlamlıq qorunur, həm də gün boyu enerjili qalmaq mümkün olur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
56
e-saglam.az

1Mənbələr