ABŞ Prezidenti Donald Tramp ölkəsinin xüsusi elçisi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşü 9 saat gözləməsi ilə bağlı xəbərləri təkzib edib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Tramp xəbərləri yayımlayan media orqanlarını sərt şəkildə tənqid edərək, onları “xəstə degenerat” adlandırıb.
“Yenə də saxta xəbərlər var! Niyə heç vaxt dürüst ola bilmirlər?”, – deyə, ABŞ lideri sosial media hesabında yazıb.
Tramp bu xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayaraq, gözləmənin heç bir əhəmiyyət daşımadığını və yayılan məlumatların, əslində, onu alçaltmağa yönəlmiş bir cəhd olduğunu qeyd edib.