ABŞ prezidenti Tramp orduya Yəməndə husilərə qarşı genişmiqyaslı hücum əmri verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Amerika ordusu İranın dəstəklədiyi Yəmənə zərbələr endirməyə başlayıb.
Donald Tramp buna paralel olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar edən hüsulərə çox açıq xəbərdarlıq edib: "Bu gün mən Birləşmiş Ştatlar Ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyata başlamağı əmr etdim. Husilər, sizin zamanınız bitdi, hücumlarınız bu gündən dayanmalıdır. Yoxsa indiyə qədər görmədiyiniz cəhənnəm sizin üzərinizə yağacaq".
“New York Times” qəzeti yazır ki, ABŞ ordusu husilərə qarşı 10-dan çox hücum təşkil edib: "Hücumlarda husilərin radar və hava hücumundan müdafiə sistemləri, eləcə də raket sistemləri hədəfə alınıb. ABŞ rəsmilərinin fikrincə, hücum İrana qarşı bir mesajdır"
Tahir Şəlvəli
MİA.AZ