Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi Belarus prezidenti Aleksandar Lukaşenkonu “tarakan” adlandırıb.
Bizim.Media xəbər verir ki, o, bu yaxınlarda Lukaşenkonun “Zelenski axmaq kimi davrandı” sözlərinə cavabında özünün “X” hesabında yazıb:
“Ukrayna dövlətinin başçısına qarşı təhqirlər yolverilməzdir, xüsusən də Ukraynaya qarşı təcavüz cinayətində şərik olan dövlət tərəfindən. Üstəlik, entomologiya sahəsinə keçid mütləq tarakana fayda verməyəcək”.
Bizim.Media