Bu gün 27-ci turun son oyunları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Vaqif Cavadovun yetirmələri Tovuz səfərinə yollanacaq. Matç Tovuz şəhər stadionunda baş tutacaq və saat 18:30-da start fiti çalınacaq.
Xatırladaq ki, bu komandalar arasında bu mövsüm baş tutan matçlarda Kurban Berduyevin kollektivi ilk görüşdə 1:0, ikinci görüşdə isə 2:4 hesabı ilə qələbə qazanmışdı.
16 mart, MPL 27-ci tur
18:30 “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Zöhrab Abbasov
Tovuz şəhər stadionu