AZ

Türkiyə Ermənistanla sərhədləri açacaq



"Ermənistanın baş naziri Zəngəzur dəhlizinin açılacağını Türkiyəyə söz verib. Türkiyə və Ermənistan arasında sıx diplomatik danışıqlar gedir. Ankara Ermənistana Azərbaycanla müqavilənin şərtlərinə əməl edilməsini tələb edib".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Nikol Paşinyan ölkəsinin müstəqilliyini və inkişafini Türkiyə ilə yaxınlaşmaqda görür:

"Bununla da Rusiyanın təsirindən tam çıxmağı hədəfləyir".

Politoloq onu da deyib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyəni regional gücə çevirdi:

"Hazırda isə, Türkiyəni beynəlxalq güc edir. Ərdoğan Cənubi Qafqazda Rusiya və İranı neytral edib, Azərbaycana ərazilərin işğaldan azad olunmasına dəstək verdi. Ermənistan elə bir vəziyyətə gəlib ki, Türkiyənin dəstəyinə ehtiyacı yaranıb. Təkcə, Ermənistan deyil, Avropa ölkələri də Türkiyənin qapısını döyür. Türkiyə prezidenti 40 illik PKK terrorunu bitirir. 60 illik Suriyada Əsəd rejiminə son qoydu".

Anar Əliyev
Seçilən
85
newscenter.az

1Mənbələr