AZ

Alkaras Sinnerin yerini ələ keçirə biləcəkmi?

“Böyük dəbilqə” turnirlərinin dördqat qalibi, dünyanın 3-cü raketkası olan Karlos Alkaras dünya reytinqinin lideri, italiyalı Yannik Sinnerin üçaylıq diskvalifikasiyası fonunda birinci olmaq perspektivi haqda danışıb:

“Beynimdə belə fikir var, ancaq tam bu hədəfə köklənmirəm. Hər turnirdə fikrimi, sadəcə, öz çıxışıma yönəldirəm, yaxşı tennis oynamaq istəyirəm. Hər şeyi düz etsəm, onda birinci pilləyə yüksələcəm. Yaxşı nəticələr göstərmələri, turnirlər qazanmalıyam. Yalnız birinci pilləni qaytarmağa fokuslansam, onda öz üzərimdə əlavə, heç istəmədiyim təzyiq yaradacam. Ancaq indi, hətta Yannik oynamaq qadağası ilə üzləşəndə belə, reytinqdə birinci olmaq çox çətindi. Bir neçə həftədən sonra baxarıq”.
Seçilən
19
football-plus.az

1Mənbələr