AZ

Trampdan daha bir qalmaqallı qərar

ABŞ prezidenti Donald Tramp iki böyük milli parkın bağlanması ilə bağlı sərəncam imzalamağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə "Washington Post" yazıb.

Jurnalistlər müəyyən ediblər ki, söhbət ABŞ-ın keçmiş lideri Co Bayden tərəfindən yaradılan parklardan gedir. Onlardan biri Kaliforniyanın cənubundakı Çakuolla Milli Parkı, digəri isə Kaliforniyanın şimalındakı Sattitla Dağları Milli Parkıdır.

Məqalə müəlliflərinin qeyd etdikləri kimi, Ağ Evin keçmiş rəhbəri dövlət başçısı kimi fəaliyyətinin son günlərində bu parkların yaradılmasına göstəriş verib. Bu yolla o, ABŞ-ın yerli xalqlarının müvafiq ərazilərdə mədən və digər sənaye fəaliyyətlərinin qadağan edilməsi ilə bağlı tələblərinə cavab verib.

Nəşr xatırladıb ki, Tramp ilk prezidentlik dövründə də iki milli parkın ərazisinin azaldılması ilə bağlı sərəncamlar imzalamışdı. Həmin parklar Yuta ştatında yerləşirlər.

Lakin hazırda ABŞ liderinin parkları tamamilə bağlamaq səlahiyyətinin olub-olmadığı hələ aydın deyil.

Seçilən
53
1
publika.az

2Mənbələr