Bakı. Trend:
Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləriBelçikanın Lommel şəhərində keçirilən açıq çempionatda 6 medalqazanıblar.
Trend-in TaekvondoFederasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,Bəhruz Quluzadə (54 kq) fəxri kürsünün ən yüksək pilləsinəqalxıb.
Digər taekvondoçularımızdan Qaşım Maqomedov (63 kq) gümüş, XıdırMəmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq) vəSəmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib olublar.