AZ

Rusiya nümayəndə heyəti Azərbaycana gəlib

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılığı ilə nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Şuranın mətbuat xidmətindən bildirilib:“Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi Federasiya Şurasının nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir. Səfər zamanı Azərbaycan rəhbərliyi ilə görüşlər nəzərdə tutulub”.

Mətbuat xidmətindən onu da bildiriblər ki, Bakıda Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclası keçiriləcək. Ona həmsədrlər - Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin və Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov sədrlik edəcəklər.

Nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Qriqori Karasin, Federasiya Şurasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Bulavin, elmi komitə sədrinin birinci müavini İlyas Umaxanov, sosial komitə sədrinin birinci müavini Janna Çefranova daxildir.

Xatırladaq ki, fevralın sonunda Valentina Matviyenkonun “Rusiya-Ermənistan dövlətlərarası münasibətlərinə yeni təkan vermək üçün” İrəvana rəsmi səfər edəcəyi xəbəri yayılmışdı. Rusiya parlamentinin yuxarı palatasının mətbuat xidməti xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri ilə Ermənistan Milli Məclisinin sədri Alen Simonyan arasında erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı danışılıb.

 

Seçilən
35
12
cebheinfo.az

2Mənbələr