AZ

Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəldi

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində ölkə rəhbərliyi və parlament nümayəndələri ilə görüşlər planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Rusiya Federal Məclisi və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə birgə parlament komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasına Rusiya tərəfindən Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Azərbaycan tərəfindən isə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov rəhbərlik edəcək.

Seçilən
97
17
publika.az

10Mənbələr