“Sportinq”in futbolçusu Geovani Kenda karyerasını İngiltərədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “Çelsi” 17 yaşlı vingerin keçidi üçün Portuqaliya klubu ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Çelsi” Kenda üçün 51 milyon avro ödəyəcək. Onunla sözləşmə yeddi illik olacaq.
Kenda bu mövsüm 44 oyunda 2 qol vurub, 8 məhsuldar ötürmə edib.