1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya istənilən şəkildə atəşkəsin hazırda çətin dövr keçirən Ukrayna qoşunlarının yenidən silahlanması üçün vaxt qazanacaqları ilə bağlı öz narahatlıqlarını ABŞ-yə çatdırıb".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Biz Qərb və Kiyevin atəşkəs çağırışlarını hazırda çətin dövr keçirən Ukrayna qoşunlarına fasilə vermək cəhdi kimi qəbul edirik. Rusiya ordusu bütün istiqamətlərdə hücum edir. Bu vəziyyətdə biz bunu Ukrayna hərbçilərinə yenidən silahlanma və yenidən qruplaşma üçün müəyyən vaxt vermək cəhdi kimi qəbul edə bilərik", - deyə o əlavə edib.