Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.
***
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycandadır.
Onu hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.