AZ

ABŞ “Azadlıq” radiosunu maliyyələşdirməyi dayandırır

ABŞ

Media korporasiyası "Azad Avropa Radiosu/Azadlıq Radiosu" (RSE/RS) ABŞ hökumətinin qrant maliyyələşməsinin erkən dayandırılması barədə bildiriş aldığını təsdiqləyib. Bu barədə korporasiyanın prezidenti Stiven Kapus məlumat verərək, bu qərarı "Amerikaya qarşı olanların hədiyyəsi" adlandırıb.“Ulusum”.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu məlumat media korporasiyasının rəsmi saytında yayımlanıb.Qərar ABŞ prezidenti Donald Trampın 14 mart tarixli fərmanı ilə əlaqəlidir. Fərman, RSE/RS və "Amerika Səsinin" fəaliyyətini idarə edən Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətini azaldılmasını əmr edir. Fərman çərçivəsində USAGM media korporasiyasına, daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş müqavilənin ləğv edilməsi barədə məktub göndərib.

Diqqət Çəkənlər

Azərbaycanlı pianoçu Londonda solo konsert verib - VİDEO

Test: Psixoloji yaşınız neçədir?

"Amerikanın Səsi" inzibati məzuniyyətə göndərildi

Seçilən
47
ulusum.az

1Mənbələr