AZ

Mehriban Əliyeva Matviyenko ilə görüşüb

Görüş zamanı humanitar layihələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana gəlib.

Operativ Media xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Matviyenko ilə görüşüb. 

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı, xüsusilə də mədəni-humanitar əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Moskvada ümummilli lider Heydər Əliyevin abidəsinin təməl daşının qoyulmasını yüksək qiymətləndirərək, bu addımın Azərbaycan-Rusiya dostluğunun daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Görüş zamanı həmçinin humanitar layihələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Seçilən
65
4
operativmedia.az

4Mənbələr