AZ

Zaqatalada motosiklet avtomobillə toqquşub - Ölən var

Zaqatalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Qaz-3110” və motosikletin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Seçilən
68
1
qafqazinfo.az

2Mənbələr