AZ

Zaqatalada motosiklet avtomobillə toqquşdu - 1 ölü, 1 yaralı var

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Bir qədər əvvəl baş verən qəzada bir nəfər ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi  rayonun Muxax kəndi ərazisində baş verib.  

Belə ki, hərəkətdə olan qoşqulu motosikletlə “QAZ-24” markalı minik avtomobilləri toqquşub. Nəticədə motosikleti idarə edən sürücü aldığı müxtəlif dərəcəli xəsarətlərdən dünyasını dəyişib.

Motosikletdə olan daha bir nəfər də ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qəza ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
55
bizim.media

1Mənbələr