AZ

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var

Zaqatala, 16 mart, AZƏRTAC

Zaqatala rayonunun Muxax kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, qoşqulu motosikletlə “QAZ-24” markalı minik avtomobilinin toqquşması ölümlə nəticələnib. Belə ki, motosikletçi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bir nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Baş vermiş qəza hadisəsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Seçilən
6
3
azertag.az

4Mənbələr