Azərbaycan Premyer Liqasının XXVII turunda baş tutan “Turan Tovuz” – “Sumqayıt” (1:2) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
– Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq və bizə baha başa gəlir. Son oyunlarda olan səhvlər birbaşa nəticəyə təsir edir.
– Bu səhvlərin öhdəsindən gəlmək üçün nə qədər vaxt lazımdır?
– Nə isə demək mənə çətindir. Göstəririk, başa salırıq, amma yenə eyni səhvlər…
– Yeni transferləriniz göz qabağındadır. Bu, seleksiya səhvi deyil?
– Seleksiyada görmürəm. Kompleks səhvlərdir. İndi deməyəcəm bizdə problemlər var. Amma hər şeyə görə mən günahkaram. Bütün məsuliyyəti öz üzərimə götürürəm.
– Anton Kraçkovski ehtiyatda oturmaq üçün transfer edilib?
– Təəssüflər olsun ki, mənim “Maxaçqala”da olduğum dövrdə oynadığı oyunu Anton indi bacarmır.
– Avrokuboklara vəsiqə qazanmasaz, klubda qalcaqsız?
– Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Sadəcə belə üzücü səhvlər nəticəyə təsir edir.
– Qalacağınız təqdirdə Araş Qadiri, Orxan Əliyev, Anton Kraçkovski də klubda qalacaq?
– Baxarıq, hələ 1 dövrə var.
– “Turan Tovuz” ev oyunlarında partlayışla matça başlayır, amma sonra nə isə olur…
– Razıyam. Avrokubokları hədəfləyən komanda belə səhvlərə yol verməməlidir.
Mirkamal Kazım