Azərbaycan Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” matçından (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
– Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq və bizə baha başa gəlir. Son oyunlarda olan səhvlər birbaşa nəticəyə təsir edir.
– Bu səhvlərin öhdəsindən gəlmək üçün nə qədər vaxt lazımdır?
– Nə isə demək mənə çətindir. Göstəririk, başa salırıq, amma yenə eyni səhvlər…
– Yeni transferləriniz göz qabağındadır. Bu, seleksiya səhvi deyil?
– Səhvi seleksiyada görmürəm. Kompleks səhvlərdir. İndi deməyəcəyəm, bizdə problemlər var. Amma hər şeyə görə mən günahkaram. Bütün məsuliyyəti öz üzərimə götürürəm.
– Anton Kraçkovski ehtiyatda oturmaq üçün transfer edilib?
– Təəssüflər olsun ki, mənim “Maxaçqala”da olduğum dövrdə oynadığı oyunu Anton indi bacarmır.
– Avrokuboklara vəsiqə qazanmasanız, klubda qalcaqsınız?
– Qalacağam. Vəzifəmiz olduğu kimi qalır. Sadəcə, belə üzücü səhvlər nəticəyə təsir edir.
– Qalacağınız təqdirdə Araş Qadiri, Orxan Əliyev, Anton Kraçkovski də klubda qalacaq?
– Baxarıq, hələ 1 dövrə var.
– “Turan Tovuz” ev oyunlarında partlayışla matça başlayır, amma sonra nə isə olur…
– Razıyam. Avrokubokları hədəfləyən komanda belə səhvlərə yol verməməlidir.