Bu gün Misli premyer-liqasında 27-ci tura yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, bununla da çempionatda fasilə yaranıb. Buna səbəb millimizin keçirəcəyi yoldaşlıq oyunlarıdı.
Yığmamız martın 22-də Haiti, 25-də isə Belarusla qarşılaşacaq. Komanda bu məqsədlə Fernando Santuşun rəhbərliyi ilə martın 18-də hazırlıq prosesinə başlayacaq.
Misli premyer-liqasında 28-ci tur “Turan Tovuz” - “Qarabağ” matçı ilə başlayacaq.