AZ

"Traktor" yenidən liderliyi ələ alıb

"Traktor" yenidən İran çempionatında liderliyi ələ alıb.

İdman.biz xəbər verir ki, Təbriz təmsilçisi "Gol Gohar"la matçda hesabda geri düşməsinə baxmayaraq, 2:1 hesablı qələbə qazanıb.

23 turdan sonra "Traktor"un 48 xalı var. Komanda Asiya Çempionlar Liqsı 2 turnirində çıxış etdiyindən rəqiblərindən bir oyun az keçirib. "Qırmızı qurdlar"ın ən yaxın izləyiciləri - türkiyəli İsmail Kartalın çalışdırdığı "Persepolis"in 47, "Sepahan"ın isə 46 xalı var.

İdman.biz

Seçilən
31
idman.biz

1Mənbələr