“Bavariya” yay transfer dönəmində azı bir cinah hücumçusu transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. Münhen klubu Dortmund “Borussiya”sından Ceymi Gittens, “Bayer”dən Florian Virts, “Lion”dan Rayan Çerki və “Atletik”dən Niko Uilyams ilə maraqlanır.
Klubun skautları mövsümün sonuna kimi oyunçuları izləyəcək və bundan sonra yekun qərar veriləcək.