İsrailin baş naziri Benyamin Netanyahu daxili kəşfiyyat agentliyinin rəhbəri Şin Betin vəzifəsindən azad edildiyini açıqlayıb...
Poliqon bu barədə spigel.de nəşrinə istinadən xəbər verir.
Netanyahu bazar günü video müraciətində deyib ki, Ronen Barda etibar etmək olmur. Netanyahu 7 oktyabr 2023-cü il tarixinə istinad edərək, "təşkilatı bərpa etmək, bütün müharibə məqsədlərimizə nail olmaq və növbəti fəlakətin qarşısını almaq lazımdır" bildirib.
Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan əvvəl də Benyamin Netanyahu ilə Şin Bet lideri Ronen Bar arasında münasibətlər gərgin hesab olunurdu. Hətta, Şin Bet terror hücumu ərəfəsində səhvlərini etiraf etmişdi.
Poliqon.info