Bakı. Trend:
BMT ABŞ-nin "Ənsər Allah" (husilərin) hərəkatının nəzarətindəolan Yəmən ərazisinə endirdiyi zərbələrdən narahatdır, bütüntərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırır.
Trend-inməlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsiStefan Düjarrikin açıqlamasında bildirib.
"Narahatlıqla qeyd edirik ki, Birləşmiş Ştatlar Yəməninhusilərin nəzarətində olan ərazilərinə bir neçə zərbə endirib,nəticədə ölənlər və yaralananlar var. Husilərin Qırmızı dənizdəgəmiçiliyə hücumları bərpa etmək üçün davam edən təhdidlərindən dənarahatıq. Biz maksimum təmkinliyə və hərbi əməliyyatlara sonqoymağa çağırırıq", - deyə qeyd olunub.
Dünya təşkilatı həmçinin qeyd edib ki, “hər hansı növbətigərginlik regional gərginliyi daha da gücləndirə, Yəmən və [YaxınŞərq] regionunda sabitliyi daha da poza biləcək və ölkədə onsuz daağır olan humanitar vəziyyətə ciddi təhlükə yarada biləcək yenicavab tədbirlərinə gətirib çıxarda bilər”.