Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Boxum” – “Ayntraxt” matçında qonaqlar inamlı qələbəyə seviniblərsə, “Haydenhaym” – “Holştayn” görüşündə də meydan sahibləri qalib gəliblər.
Turun qapanış matçında “Ştutqart” ötən mövsümün qalibi “Bayer”lə üz-üzə gəib. Yeddi qolun qeydə alındığı bu oyunda Leverkuzen təmsilçisi möhtəşəm əzmkarlıq nümayiş etdirərək çətin qələbə qazanıb.
Beləliklə, 26 turdan sonra 62 xala malik “Bayern” vahid liderdir. “Bayer” 56 xalla ikincidir. “Maynts” və “Ayntraxt” 45, “Leypsiq” və “Frayburq” 42, Mönhenqladbax “Borussiya”sı 30, “Volfsburq” və “Auqsburq” 38, “Ştutqart” 37, Dortmund “Borussiya”sı 35 xal toplayıb.
Almaniya, Bundesliqa
26-cı tur
14 mart
Sankt Pauli – Hoffenhaym 1:0
Qol: Vayshaupt, 51.
15 mart
Auqsburq – Volfsburq 1:0
Qol: Tiets, 53.
Maynts – Frayburq 2:2
Qollar: Burkardt, 34. Olsen, 74 – Qreqoriç, 58. Kubler, 79.
Union Berlin – Bayern 1:1
Qollar: Hollerbax, 83 – Sane, 75.
Verder – Borussiya (Mönhenqladbax) 2:4
Qollar: Şmid, 39. Andre Silva, 45+1-pen – Plea, 7; 28; 47. Klayndienst, 81.
Leypsiq – Borussiya (Dortmund) 2:0
Qollar: X.Simons, 18. Openda, 48.
16 mart
Boxum – Ayntraxt 1:3
Qollar: Holtman, 73 – Kristensen, 27. Bahoya, 32. Batşuayi, 90+6.
Haydenhaym – Holştayn 3:1
Qollar: Pyeringer, 33. Zivzivadze, 47. Konte, 90+3 – Harres, 87.
Ştutqart – Bayer 3:4
Qollar: Demiroviç, 15. Voltemade, 48. Caka, 62-öz qapısına – Frimponq, 56. İnkapye, 68. Ştiller, 88-öz qapısına. Şik, 90+4.