AZ

“Traktor” liderliyə yüksəldi

Təbrizin “Traktor” komandası İran çempionatında növbəti qələbəsini qazanaraq, liderliyə yüksəlib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 23-cü turun oyununda yerli azarkeşləri önündə “Gol Gohar”ı məğlub edib – 2:1.

Vacib 3 xal əldə edən “Traktor” 48 xalla (22 oyun) turnir cədvəlinə başçılıq edir. “Gol Gohar” 35 xalla (23 oyun) 5-ci yerdədir.

Təbriz təmsilçisinin çempionluq yolunda əsas rəqiblərindən “Persepolis” 47 xalla (23oyun) 2-ci, “Sepahan” 46 xalla (23 oyun) 3-cü pillədə mövqe tutur.

Seçilən
55
axar.az

1Mənbələr