Bakı. Trend:
Dünya əhalisinin böyük əksəriyyəti çirklənmiş hava ilə nəfəsalır. Şəhərlərin cəmi 17 faizi hava çirklənməsinə dair tövsiyələrəəməl edir.
Trend-in məlumatına görə, bu barədə İsveçrənin havanınkeyfiyyətinin monitorinqi üzrə məlumatlar bazası “IQAir”inhesabatında deyilir. Ən çirkli hava Çad, Banqladeş, Pakistan, KonqoRespublikası və Hindistandadır. Dünyanın 20 ən çirkli şəhərindən13-ü Hindistanın payına düşür. Hesabat 138 ölkədə havanınkeyfiyyətinin monitorinqi üzrə 40 min stansiyadan əldə olunmuşməlumatlara əsaslanır.
Ekspertlər hesab edirlər ki, hava çirklənməsi ilə bağlı realvəziyyət xeyli ağır ola bilər, çünki dünyanın əksər yerlərindəmonitorinq aparmaq mümkün deyil. Məsələn, Afrikada, hər 3 milyon700 min sakinə cəmi bir monitorinq stansiyası düşür. Hesabatdadeyilir ki, bu problemin həlli üçün bir sıra ölkələrdə havakeyfiyyətinin ölçülməsi üçün daha çox monitor quraşdırılır.