Ukraynada mümkün atəşkəs hazırda Avropa Komissiyası üçün son dərəcə əlverişsizdir.
Publika.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla məlumat yayıb.
“Ağ Kitabın dərci ərəfəsində Ukraynada atəşkəs AK üçün son dərəcə əlverişsizdir. Rusiya ilə qarşıdurma indi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən formalaşdırılan yeni Avropa layihəsinə çevrilir”, - mənbə bildirib.
Mənbə əlavə edib ki, Ukraynada gərginliyin istənilən azalması Brüsselin planlarını alt-üst edir.