Azərbaycanın xizək alpinistləri Nəbiyulla Qələbəqiyev, Ramin Beybutov, Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov Türkiyənin İsparta şəhərinin Davraz xizək mərkəzində keçirilən ölkə çempionatında uğurlu çıxış ediblər.
Yarışın sprint növü üzrə U-18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında birinci yeri tutub.
Eyni kateqoriyada mübarizə aparan Ramin Beybutov dördüncü olub.
Abel İsmixanov U-16 kateqoriyasında 13 idmançı arasında birinci, Nurid Şəkərəliyev isə ikinci yeri tutub.
U-14 kateqoriyasında Elməddin Həsənov 5 idmançı arasında ikinci yerə sahib olub.
Yarışın "mixed relay" növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında 1-ci yeri tutublar. U-14 kateqoriyasında mübarizə aparan Elməddin Həsənov isə 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, xizək alpinizmi üzrə Türkiyə çempionatı martın 14-16-da keçirilib.