AZ

"Beşiktaş"ın müdafiəçisi əməliyyat olunacaq

"TÜMOSAN Konyaspor" matçında zədələnən "Beşiktaş"ın futbolçusu Feliks Uduokhai ən azı 2 ay meydanlardan uzaq qalacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan verilən açıqlamada deyilir:

"Komandamızın "Tümosan Konyaspor"la keçirdiyi matçın 55-ci dəqiqəsində topuq nahiyəsindən zədələnərək oyuna davam edə bilməyən futbolçumuz Feliks Uduokhainin  MRT müayinəsi zamanı sağ ayağında yırtıq aşkar olunub"

Fərid ASLAN 

MİA.AZ

Seçilən
45
mia.az

1Mənbələr