AZ

Zelenski Kremli ittiham edir

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski xalqa növbəti videeo-müraciətində belə deyib.

“Ciddə danışıqlarından və Amerikanın cəbhədə sükut təklifinin masada görünməsindən sonra Rusiya, demək olar ki, daha bir həftəni - yalnız Rusiyaya lazım olan müharibə həftəsini oğurladı. Biz diplomatiyanın daha da intensivləşməsi üçün hər şeyi edəcəyik. Biz diplomatiyanın effektivliyinin təminatı etmək üçün hər şeyi edəcəyik”,- Ukrayna mediası Zelenskidən sitat gətirir.

Tramp Rusiyanın əsas banklarını yenidən blokladı
Zelenski bildirib ki, Ukrayna öz müstəqilliyini qorumaq üçün mübarizəni davam etdirəcək və hazırda ən vacib şey Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin dəstəyidir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin de-fakto Ukraynada dərhal 30 günlük atəşkəs barədə Vaşinqtonun təklifini rədd edib. O, Rusiyanın ümumilikdə atəşkəslə “razılaşdığını desə də, “nüanslar” olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
69
1
azvision.az

2Mənbələr