AZ

Azərbaycan və Şimali Makedoniya ölkələrin dünyada sülhə necə töhfə verə biləcəyinə bir nümunədir -Srgjan Kerim

Bakı. Trend:

Azərbaycan və Şimali Makedoniya ölkələrin dünyada sülhə necətöhfə verə biləcəyinə bir nümunədir.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə müsahibəsindəBMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, ŞimaliMakedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim deyib.

O, Şimali Makedoniya ilə Azərbaycan arasında çox mehribanmünasibətlərin olduğunu diqqətə çatdırıb:

"Şimali Makedoniya və Azərbaycan ölkələrin dünyada sülh,sabitlik və əməkdaşlığa, həqiqətən, necə töhfə verə biləcəyinə birnümunədir. Bu çox vacibdir. Belə nümunələr nə qədər çox olsa, dünyabir o qədər sabit, yaxşı vəziyyətdə olar".

Sabiq nazir XII Qlobal Bakı Forumunun Azərbaycan kimi birölkənin öz xoşməramlı, yaxşı təşkilatçılıq və dialoq xidmətlərinidünyaya təklif edə biləcəyinin gözəl nümunəsi olduğunubildirib:

"Dialoq münaqişələrə və müharibələrə alternativdir. Azərbaycandialoqun olmasının zəruriliyi və onun təbliğinə gözəl nümunədir.Buradakı üç günlük müzakirələr ərzində biz, həqiqətən də, bu gündünyanın bütün siyasi qüvvələrini məşğul edən çoxlu həyati və mühümməsələlərdən bəhs etdik. Hesab edirəm ki, bu müzakirə dünyaya çoxdəyərli töhfədir.

Forum çərçivəsində fərqli fikirdə olduğumuz məsələlərdə fikirmübadiləsi apardıq. Sabitlik, dünyada sülh quruculuğu, terrorizmləmübarizə, iqlim dəyişikliyi, daha sonra dayanıqlı inkişafməqsədləri, münaqişələrin və müharibələrin həlli kimi bütün qlobalproblemlər üçün düzgün həll yollarının necə tapılacağına dairmüəyyən fikir, təşəbbüs və təkliflər irəli sürdük".

S.Kerim forumda müzakirə edilən məsələlərdən də danışıb:

"Biz Yaxın Şərqdəki vəziyyəti, həmçinin, Ukraynadakı müharibəni,qlobal oyunçular - ABŞ, Çin, Avropa İttifaqı, daha sonra Qafqazregionu, eləcə də, Balkan, Ərəb dünyası və Mərkəzi Asiya arasındakımünasibətləri müzakirə etdik. Beləliklə, bütövlükdə, hesab edirəmki, Qlobal Bakı Forumu bizim siyasətçi və diplomat kimi necədavranmalı olduğumuz, bir araya toplaşmalı, müzakirələr aparmalı,fikir mübadiləsi aparmalı, bütün xalqların, millətlərin vəmədəniyyətlərin rifahı naminə öz xidmətlərimizi təklif etməyimizingözəl nümunəsidir.

Bu forum həm də ​​dünyanın müxtəlif guşələrindən fərqlimədəniyyət, adət-ənənə, din nümunələrini birləşdirir. Prezidentİlham Əliyevə və forumun təşkilatçılarına yüksək səviyyədətəşkilatçılıq üçün səmimi təşəkkürümü çatdırmaq istəyirəm".

Seçilən
51
1
az.trend.az

2Mənbələr