İran çempionatında 23-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti oyununa çıxıb.
Təbriz klubu tur çərçivəsində doğma meydanda “Gol Gohar” qarşılaşıb. Oyun "Traktor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, vacib qələbə əldə edən “Traktor” 22 oyundan sonra xallarını 48-ə çatdırıb və turnir cədvəlinə başçılıq edir.
Təbriz təmsilçisinin çempionluq yolunda əsas rəqiblərindən “Persepolis” 47 xalla (23 oyun) 2-ci, “Sepahan” 46 xalla (23 oyun) 3-cü pillədə qərarlaşıb.