Cəbrayıl. Trend:
Gecə saatlarında Cəbrayılda baş verən yanğın zamanı 80 hektarərazi yanıb.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə,yanğın rayonun iki kəndi - Aşağı Maralyan və Şükürbəyli ərazisindəbaş verib.
Hadisə yerinə çağrılan FHN-nin Cəbrayıl, Qubadlı, Zəngilan vəFüzuli rayon yanğınsöndürən əməkdaşları yanğını 02:30 radələrindəsöndürüb.
Yanğının başvermə səbəbi araşdırılır.
Qeyd edək ki, dünən Cəbrayıl rayonunda boş ərazidə güclü yanğınbaşlamışdı.