Şəkidə intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhərin Şərbablar küçəsində 1993-cü il təvəllüdlü R.Mustafayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Bildirilir ki, R.Mustafayeva bir müddət əvvəl boşanıbmış, onun 1 azyaşlı övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.