Uşaq Səfirlər Məclisinin Qubadlı rayonu üzrə nümayəndələri Hüseynli Sara və Camallı Coşqunun təşəbbüsü ilə “Suverenliyin izi ilə” adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbir ilk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra himn səsləndirilib.
Tədbirdə suverenlik, dövlətçilik, vətənpərvərlik ənənələri barədə geniş məlumat verilib və istedadlı məktəb şagirdlərinin hazırladığı şeir, mahnı və rəqslərlə davam etdirilib.