AZ

Millimizin rəqibi “İnter Mayami”yə qələbə qazandırdı

“İnter Mayami” MLS-in müntəzəm çempionatında növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, Florida klubu “Atlanta”nın qonağı olub.

Atlantada baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter Mayami”nin heyətində ilk qolun müəllifi kapitan Lionel Messi olub. Digər qola isə Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Haiti millisinin üzvü Fafa Pikault imza atıb.

“İnter Mayami” hazırda 10 xalla Şərq Konfransında birinci pillədə qərarlaşıb.

Seçilən
78
msport.az

1Mənbələr