AZ

İsveçrədə Kipr masası qurulur

BAKI, TurkicWorld

İsveçrənin Cenevrə şəhərində Kipr məsələsi ilə bağlı yeni qeyri-rəsmi zirvə keçirilir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, BMT Baş katibi Antonio Quterreşin təşkil etdiyi görüşdə Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə Kiprdə sülh axtarışları müzakirə olunur.

Türkiyəni zirvədə xarici işlər naziri Hakan Fidan təmsil edir. KKTC prezidenti Ersin Tatar Kipr türk tərəfinin bərabər suverenliyinin tanınması və iki dövlətli həll tələbindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Böyük Britaniya sammitdə Şimali Amerika və Avropa məsələləri üzrə dövlət katibinin köməkçisi səviyyəsində təmsil olunur.

Türkiyə bu görüşdən yeni bir prosesin başlamasını gözləmir. Xarici İşlər Nazirliyinin mənbələri toplantının nə keçmiş danışıqlar proseslərinin davamı, nə də yeni danışıqların başlanğıcı olduğunu bildirib.

Qeyd edək ki, Kipr problemi BMT tarixində ən qədim münaqişələrdən biri sayılır və uzun illərdir həll olunmamış qalır.

Seçilən
10
turkic.world

1Mənbələr