ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təmas olub.
“Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsi ilə bağlı razılıq əldə etməsindən məmnunuq. Mən ona bildirdim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işləməyi dayandırmayacağıq” – deyə Uolts paylaşımında yazıb.