1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bəyan edib ki, İran nüvə proqramının bütün aspektlərindən əl çəkməlidir, əks halda, Tehrana qarşı hər növ variantlar müzakirə ediləcək.
"Azad İran" "Telegram" kanalı bu barədə "ABC News" telekanalına istinadən xəbər verib.
Mayk Vals müsahibəsində bildirib ki, İran nüvə silahı əldə etməməlidir və bunun qarşısını almaq üçün bütün variantlar masadadır.
M.Vals əlavə edib ki, İran nüvə proqramından tamamilə və təsdiqlənmiş şəkildə imtina etməlidirlər, əks halda, bir sıra ağır nəticələrlə üzləşəcək.