AZ

Səhiyyə Nazirliyindən bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT

Bakı. Trend:

Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabitkeçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçininmövsümi qrip hallarının artması müşahidə edilə bilər.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri iləəlaqədar əhaliyə müraciətində bildirilib.

"Bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsisəbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digərkütləvi tədbirlərin təşkil olunması gözləniləndir.

Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oructutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayətolunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və yamüxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insanorqanizminə öz təsirini göstərir.
Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlımüxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucuxəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə AzərbaycanRespublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram vəistirahət günlərində kütləvi tədbirlərdə və insanların sıxtoplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdənistifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqətyetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqlarıdaxil etməyi tövsiyə edir. Eyni zamanda, yaz mövsümünda havalarındəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və havaşəraitinə uyğunlaşdırılması məsləhətdir.

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətləyanaşmalı, özünü və ətrafındakıları qorumalıdır",- deyə müraciətdəqeyd edilib.

Məqalədə:
Seçilən
88
49
az.trend.az

10Mənbələr