Bakı. Trend:
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindəRespublikanın 4 rayonu və 1 şəhərində qanunsuz ağackəsmə faktlarıilə bağlı araşdırma aparılıb.
Trend bubarədə Baş Prokurorluğa istinadən məlumat verir.
Araşdırmalar zamanı Ağcabədi rayonu Şənlik kəndində, İsmayıllırayonu Qəzli kəndi ilə Göytəpə kəndi arasında yerləşən yaşıllıqərazidə, Göygöl rayonu Xəqani bələdiyyəsinə məxsus torpaqsahəsində, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 5 ünvanındameşə fonduna daxil olmayan, həmçinin Ekologiya və Təbii SərvətlərNazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı RegionalMeşə Təsərrüfatı Mərkəzinin Beyləqan rayonu ərazisində meşə fondunadaxil olan ümumilikdə 224 ədəd ağac və kolun qanunsuz kəsilməsinəticəsində təbiətə 65 min manatdan çox ziyan vurulması müəyyənedilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaqüzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 222-3(tikinti, mədən işlərinin və sair işlərin aparılmasınıntəhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsinölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 255.1 (yerintəkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4(xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları,kolları və ya digər yaşıllıqları kəsmə) və 308.1-ci (vəzifəsəlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləribaşlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq vədaxili işlər orqanlarına göndərilib.